RU

İngiltərə "siqaretsiz nəsil" proqramına start verdi

İngiltərədə siqaretlə bağlı sərt qadağanın tətbiqinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, ölkədə "siqaretsiz nəsil" yaratmaq ideyasını dəstəkləmək üçün qanun qəbul olunub.

İngiltərə kralı Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq qanunu dəstəkləyib. Bu qanuna əsasən, 2009-cu il yanvarın 1-dən sonra doğulan şəxslərə siqaret məhsullarının satışı qadağan edilib. Bundan başqa elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq.

Qanunun pozulması halı aşkarlanarsa, uşaqlara tütün və ya siqarət satan şəxs 100 funt sterlinq cərimə olunacaq.

Bu cərimələrdən əldə olunan gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq






Müəllif: Arzu
Избранный
119
21
teleqraf.com

10Источники