RU

“Barselona”nın 20 yaşlı futbolçusu öldü

Ekvadorun “Barselona” klubunun qapıçısı Castin Kornexo 20 yaşında dünyasını dəyişib. 

NOCOMMENT.az CNN-ə  istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kornexo bazar ertəsi evində duş qəbul edərkən yıxılıb və kəllə-beyin travması alıb. Futbolçu huşsuz vəziyyətdə tapılıb, bundan sonra xəstəxanaya yerləşdirilib.

Kornexonun vəziyyəti ağır olub və həkimlərin səylərinə baxmayaraq, çərşənbə axşamı dünyasını dəyişib. Ölümün səbəbi aorta anevrizması olub.

Qeyd edək ki, Kornexo “Barselona”nın (Ekvador) ehtiyat qapıçısı idi.

 

Избранный
44
9
nocomment.az

10Источники