RU

“Yeni pandemiyanın bir addımlığındayıq” - ÜST-dən XƏBƏRDARLIQ

Dünyada hər an yeni bir pandemiya başlaya bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə pandemiyanın qarşısının alınması üzrə saziş layihəsini hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının (INB) iclasında çıxışı zamanı xəbərdarlıq edib.“Hazırkı H5N1 [quş qripi] epidemiyası bizə xatırlatdığı kimi, növbəti pandemiya yaxında ola bilər. O, hər an gələ bilər. Bizi gözləməyəcək”, – Qebreyesus söyləyib.INB 2022-ci ildən bəri 10-cu iclası üçün 16-17 iyul tarixlərində Cenevrədə toplanıb. Bu qurum, əvvəlcədən planlaşdırıldığı kimi, 77-ci Ümumdünya Səhiyyə Assambleyasına (27 may – 1 iyun) qədər pandemiya müqaviləsi layihəsini yekunlaşdıra bilməyib. Məclisin qərarı ilə INB-nin səlahiyyətləri bir il müddətinə uzadılıb.İyulun 11-də Cenevrədə keçirdiyi mətbuat konfransında Qebreyesus Kamboca və ABŞ-də qeydə alınan son insan infeksiyası hallarına diqqət çəkərək, bütün ölkələri quş qripinə nəzarəti gücləndirməyə çağırıb. O, həmçinin risk qruplarının, xüsusən də yaşı 60-dan yuxarı olan şəxslərin və tibb işçilərinin daxil olduğu COVID-19-a qarşı ildə ən azı bir dəfə peyvənd edilməsinin zəruriliyini xatırladıb. ÜST-ün məlumatına görə, dünyada hər həftə orta hesabla 1.7 min insan Covid-dən ölür.(Banker.az)

Избранный
142
33
baku.news

10Источники