RU

İngiltərədə yeni nəsilə siqaret satışı qadağan edilir

Baku, TurkicWorld

İngiltərədə 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük siqaret çəkməyi qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

TurkicWorld xəbər verir ki, bir nəsildə ən böyük ictimai sağlamlıq qanun layihəsi çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlar qanuni olaraq tütün ala bilməyəcəklər.
Həmçinin, elektron siqaretlərin satışı və reklamına da məhdudiyyətlər qoyulacaq.

Ilk dəfə Ingiltərənin köhnə Baş nazir Rishi Sunak tərəfindən təqdim edilən qanun layihəsi bütün partiyaların dəstəyini almışdı.

Millətvəkilləri apreldə qanun layihəsinin lehinə 67 , əleyhinə isə 383 səs veriblər. Lakin qanun layihəsi parlamentdən keçməzdən əvvəl ümumi seçki təyin olunduğu üçün ləğv edilib.

Layihənin keçən Dekabr Yeni Zelandiyada 2009-cu il yanvarın 1-dən sonra doğulanlara tütünün satışını qadağan edən tədbirlərə oxşar formatda olacağı gözlənilir.

Belə ki, Böyük Britaniya 2027-ci ilə qədər bu qaydaları tətbiq edərsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək.

Keçən il Mühafizəkarlar Partiyasının konfransında çıxış edən Sunak, qadağanın hazırda siqaret çəkənlərin siqaret çəkmək hüququnu əlindən almayacağını bildirmişdi.

Qanun layihəsi həmçinin elektron siqaretlərin satışı və marketingi sahəsində onların cəlbediciliyini azaltmağı da nəzərdə tutur.
Araşdırmalar göstərir ki, uşaqlar saqqız və konfet kimi ləzzətləri mentoldan üstün tutduqlarına görə bu cür çeşidlər də qadağan edilə bilər.

Qeyd edək ki, siqaret çəkməyin qadağan edilməsi planını ilk dəfə Rishi Sunak irəli sürsə də, yeni Baş nazir Keir Starmer bunu qanuniləşdirməyə söz vermişdi.
İngiltərə kralı Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq, bu planı dəstəkləyib.

Избранный
122
50
turkic.world

10Источники