"Supermodel nənə" dərmanı heyvanların ömrünü uzadır. Bu dərman laboratoriya heyvanlarının ömrünü təxminən 25% artırıb.
Elm adamları ümid edir ki, bu ixtira insanların qocalmasını da yavaşlada bilər.
Müalicə olunan siçanlar gənc görünüşlərinə görə laboratoriyada "supermodel nənələr" kimi tanınıb. Onlar, dərmanı qəbul etməyən həmyaşıdlarından daha sağlam, güclü görünür.
Bu vasitə, artıq insanlar üzərində də sınaqdan keçirilir, lakin onun eyni qocalma əleyhinə təsiri olduğu bilinmir.
Tədqiqatçılardan biri, bu preparatın insanlara da müsbət təsir edəcəyini və hətta olduğunu və özünün də bu dərmanı qəbul etməyə hazır olduğunu deyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта