RU

Klyuvert və Messidən sonra Yamal bu nömrəni seçdi

"Barselona"nın futbolçusu Lamine Yamal forma nömrəsini dəyişib.

AzxeberSport xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı hücumçu İspaniya millisində olduğu kimi, "Barselona"da da 19 nömrəli formada çıxış edəcək. Buna qədər isə onun forma nömrəsi 27 idi.

Qeyd edək ki, daha əvvəl 19 nömrəli formada komandanın sabiq futbolçuları Patrk Klyuvert və Lionel Messi də oynayıb.

Избранный
32
3
azxebersport.az

4Источники