Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.
İclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.
YAP-ın İdarə Heyəti üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Modern.az-a açıqlamasında deyib ki, namizdlər siyahısında gənclər də var, yaşlılar da.
"İlk dəfə namizəd olan şəxslərin adı da siyahıda yer alıb. Parlamentdə olan veteran deputatların adı siyahıya əlavə edilib", - o deyib.