RU

Azay Quliyev Binəqədidən namizəd olacaq

VI çağırış Milli Məclisin deputatı Azay Quliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü "musavat.com"a məlumat verib.

 

Məlumata görə, seçicilərin təşəbbüs qrupu tərəfindən Milli Məclisin 6-cı çağırış deputatı Azay Quliyevin namizədliyinin 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürülməsi haqqında qərar qəbul olunub.

 

Bildirilib ki, sənədlər bu gün DSK-ya təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
22
modern.az

10Источники