RU

Putinin Valday iqamətgahının yaxınlığında zenit qurğuları müşahidə edilib

Rusiya prezidenti Vladimir Putinin iqamətgahının ətrafında hava hücumundan müdafiə sisteminin azı 7 obyekti qurulub.



AzadlıqRadiosunun Rus xidməti yazır ki, Google-un peyk fotolarında Putinin Valday iqamətgahının 3.7 kilometrlik məsafəsində Pantsir-S1 zenit kompleksi görünür.



Hava hücumundan müdafiə sistemi qüllə üzərində qurulub. Bundan əvvəl belə qurğular Moskva vilayətində müşahidə edilib.



Jurnalistlər habelə Planet.com sisteminin ötən aylar ərzində çəkilmiş peyk fotolarını təhlil ediblər. Onlar bu nəticəyə gəliblər ki, Putinin Valdaydakı iqamətgahının yaxınlığındakı hava hücumundan müdafiə qurğusu mart ayında yerləşdirilib.



Astra istifadəçilərdən birinə istinadla yazır ki, elə bu iqamətgahın 3 kilometrliyində hava hücumundan müdafiə sisteminə bənzəyən üç obyekt var.



Azadlıq radiosu





Share




Tweet


Share



Share

Избранный
89
azadliq.info

1Источники