RU

İkinci dəfə finalda uduzdu və getdi - İstefa

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.Sportfm.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) məlumat yayıb.“102 oyundan və demək olar ki, milliyə səkkiz il rəhbərlikdən sonra Qaret Sautqeyt vəzifəsindən getdiyini elan etdi”, – deyə FA-nın X sosial media hesabında bildirilib. Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib. Yığma Avro-2020-nin və Avro-2024-ün finallarında iştirak etsə də, hər iki həllediçi matçda uduzub və çempionluğu əldən verib. İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub.скачать dle 10.4 UTF-8Forex для начинающих

Избранный
0
sportfm.az

1Источники