RU

Aşura qurbanına çevrilən uşaqlar: “Dinə xidmət” adı altında onlara görün hansı zülm edilir

İslam dinində uzunmüddətli matəm saxlamaq, yas tutmaq qəbul edilməsə də, min ildən çox keçməsinə baxmayaraq hələ də ölkəmizdə Məhərrəm ayında yas tutub, Aşura gününü matəm kimi qeyd edənlər var. Məhərrəm ayının 10-cu günündə bunun üçün xüsusi məclislər təşkil edilir. İnsanlar məscidlərə toplaşır, özlərini zəncirlə döyür, bədənlərinə müxtəlif xəsarətlər yetirirlər.

Hələ ətrafda baş verənləri dərk etməyən körpələrə İslam dinini qantökən, özünə zülm edən kimi təbliğ etmək nə dərəcədə doğrudur? Bu onların psixologiyasına necə təsir göstərir?

Mövzu ilə bağlı Publika.az-a danışan Milli Məclisin VI çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov azyaşlı uşaqların məscidlərə aparılmasının düzgün olmadığını bildirdi:

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, dini mərasimlərə azyaşlı uşaqların aparılması nə psixoloji olaraq, nə də hüquqi olaraq doğrudur:

Rövşən Nəcəfov qeyd etdi ki, azyaşlılar valideynlərinə və ətrafa baxıb davranış sərgiləyirlər: “Uşaqları elmə və təhsilə yönəltmək lazımdır. Onlar öz uşaqlıqlarını yaşamalıdırlar. O zaman yetkinlik yaşına çatanda öz seçimini doğru etmiş olacaq. Uşaqlar özlərinin gələcəyidirlər”.

Избранный
10
demedia.az

1Источники