RU

VI çağırış Milli Məclis nələrlə yadda qaldı? - II YAZI

Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Qeyd edək ki, iyunun 28-də VI çağırış Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da VI çağırış parlament işini yekunlaşdırıb.

Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

Artıq namizədliyi irəli sürülən şəxlərin sənədlərinin təqdim olunması prosesi başlayıb. Proses avqustun 2-si 18:00-da yekunlaşacaq.
 

Bəs işini başa vuran VI çağırış parlament hansı hadisələrlə yadda qaldı?
 

Modern.az yadda qalan parlament hadisələrinin ikinci hissəsini təqddim edir:
 

Hələ 2020-ci ildə VI çağırış parlament işə başlayandan az sonra - iyulun 14-dən 15-nə keçən gecə Milli Məclis binasının qarşısında yürüş olmuşdu. Yürüş iştirakçılarından bəziləri qanunsuz olaraq parlament binasına daxil olmuş və polislə qarşıdurma yaşanmışdı. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilmiş, 2 xidməti avtomobil yararsız hala salınmış, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulmuşdu.
 

Palamentlə bağlı yadda qalan hadisələrindən biri də Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunaraq həbs edilməsidir.
2021-ci ilin 29 iyulunda saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus "Starıy Dvor" restoranına gələn polis əməkdaşı Zaur Mirzəyev və daha 6 nəfər həmkarı obyektin karantin qaydalarına uyğun olaraq gecə saat 12-dən sonra bağlanmasını tələb edib. Həmin vaxt orada olan deputat Eldəniz Səlimov Zaur Mirzəyevə qarşı zorakılıq edib. Bu hadisədən sonra Eldəniz Səlimov polis əməkdaşına zorakı davranışa yol verməkdə ittiham olunub.

Deputat baş verənlərlə bağlı seçicilərindən və ölkə rəhbərliyindən üzr istəyib. Baş Prokuror Kamran Əliyev onun deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə müraciət edib və qərar qəbul edilib.  O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Yaddaqalan növbəti parlament hadisəsi Milli Məclisin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərarı təsdiqləməsi olub.

Belə ki, 2022-ci ildəMilli Məclisin plenar iclasında Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı tarixi qərar qəbul edilib. Paytaxt Tel-Əvivdə səfirliyimizin təsis edilməsi günün əsas xəbərinə çevrilib. İsrail rəsmiləri Azərbaycanın bu addımını alqışla qarşılasalar da, bəzi qüvvələr bunu qəbuledilməz hesab edib.
 

Azərbaycan Milli Məclisi ilə Şimali Kipr Türk Cümhuriyyətinin parlamenti arasında dostluq qrupunun yaradılması da uzun müddət müzakirələrə səbəb olmuşdu.

Azərbaycan parlamentinun bu addımı Qərbin bəzi qüvvələri tərəfindən Bakıya təyziqlərin başlamasına səbəb olmuşdu. Amma buna baxmayaraq dostluq qrupu yaradıldı. Dosluq qrupunun rəhbəri isə deputat Cavanşir Feyziyev seçildi.
 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması da yadda qalan hadisələr sırasında yer alır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bununla bağlı bəyanatında bildirilib:

“AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

2024-cü ilin 22 yanvarında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA eyni zamanda, nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib.

Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
1
modern.az

7Источники