RU

İsrail İordan çayının qərb sahilində yeni əməliyyat keçirib - Daha 20 fələstinlini həbs edilib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində yeni reydlər keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi bəyanat yayıb.

Bildirilib ki, İsrail ordusu son 24 saat ərzində  Ramallah, Beytüllahim, Hebron, Tulkərim və Nablus şəhərlərində bir çox ev və iş yerlərinə basqın edib və ən azı 20 fələstinlini qandallayıb: "Onların arasında əvvəllər də tutulanlar var. Bununla da ötən ilin oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 9 min 690-a yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ

Избранный
121
7
mia.az

8Источники