RU

Azyaşlıların Aşura mərasimlərinə aparılması yolverilməzdir - ŞƏRH

Aşura günü məktəbli, yaxud azyaşlı uşağı dini mərasimlərə aparmaq yolverilməzdir.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı Anar İsgəndərov bildirib.

 

O qeyd edib ki, İslam dinində Aşura günü mübarizə, qəhrəmanlıq, haqqın nahaq qarşısında əyilməmək üçün şəhid olduğu tarixidir: “Yəni düşmənə əyilmirsən, dediyini etmirsən. İnsan üçün ən ağır olan ölümdür, onun da gözünə dik baxırsan. Bu, mübarizə tarixidir. Min illərdir bu tarixi biz öyrənirik, öyrədirik. Elə 1-ci və 2-ci Qarabağ müharibələrində vuruşan əsgərlərimiz bir daha göstərdilər ki, onlar düşməndən qorxmurlar, düşmən qarşısında əyilmirlər, şəhid olmağı hər şeydən üstün tuturlar”.

 

Deputatın sözlərinə görə, azyaşlıların Aşura mərasimlərində iştirak etməsinə qanun icazə vermir:

 

"Mənəvi cəhətdən də heç bir valideyn bunu etməməlidir. O yaşda uşağın yaddaşında o şeylər qalmamalıdır. Uşağın yaddaşında şeylər qalmalıdır ki, onu həyatpın sonrakı hadisələrinə hazırlasın. Birmənalı olaraq heç bir ziyalı uşağının belə mərasimlərdə iştirakına yol verməməlidir”.

 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
modern.az

1Источники