RU

Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb

“Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri başlayıb.Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Ermənistanda baş tutan təlimin açılış mərasiminə bu ölkənin müdafiə naziri Suren Papikyan, ABŞ səfiri Kristina Kuin və digər rəsmilər qatılıblar.Papikyan sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.Təlimlərdə, həmçinin, Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
11
missiya.az

10Источники