RU

Seçkini boykot cəhdi və seçicinin boykotunu qazanmaq

Əli Kərimli sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri boykot edəcəyini bəyan edib.

Lakin o, seçkilərdə iştirak etməmək qərarını hər hansı siyasi və hüquqi arqumentlə izah edə bilməyib. Əli Kərimli ümumi səbəb kimi guya seçki prosesində azad rəqabət və yarış mühitinin olmadığını əsas gətirərək bu addımım atdıqlarını bilidirib. Qəribədir, Əli Kərimli seçkiyə qatılmadan rəqabət mühitinin olub-olmadığını haradan bilir? Əli Kərimlinin heç bir siyasi məntiqə sığmayan bəyanatına adekvat yaranan bu sualın cavabı aydındır.

Boykot son 10 ildə keçirilən bütün seçkilərdə iştirakdan imtina edən Əli Kərimli və ətrafı üçün “siyasi immunitetə” çevrilib. AXCP sədri yaxşı bilir ki, seçki yarışına qoşulsa, onu yalnız məğlubiyyət gözləyir. Bu isə onun iddialarının sona yetməsinə və siyasi "al-ver"predmetinin tükənməsinə səbəb olar. Ona görə də Əli Kərimli hər seçkidə boykota getməklə özünün manipaulyasiya etmək imkanalarını qorumağa çalışır. Cəmiyyətin dəstəyini qazana bilməyən və sosial bazasının itirən Əli Kərimlinin bu taktikası onun yeni siyasi şəraitə uyğunlaşa bilməməsindən irəli gəlir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Qarabağ probleminin həllindən sonra ölkədə klassik müxalifətçilik ritorikası da öz əhəmiyyətini itirib. Artıq insanlar Əli Kərimli kimi “siyasətçilər”in vədlərinə inanmır və yeni çağırışlara üstünlük verir. Xalqdan bu mandatı almaq üçün sağlam siyasi rəqabətə qoşulmaq lazımdır. Əli Kərimli isə heç bir sosial-siyasi bazası olmadığına görə açıq və real rəqabətdən qaçır.

Çünki onun xalqın səsini qazanmaq üçün nə siyasi gücü, nə də elektoratı var. Bu səbəbdən, Əli Kərimlinin boykot qərarı nə seçki prosesinə, nə də ictimai rəyə təsir göstərmək imkanına malikdir. Bu, “seçkilərdən qaçmaq” adlandırılsa, daha doğru olar. Məqsəd isə seçki prosesini sabotaj etməklə onun nəticəsini kölgə altına almaq, özündən uydurduğu alternativlik mövcudluğunu hələ də cəmiyyətə sırımaq cəhdidir. Halbuki seçkilərdə iştirak etmədən onun ədalətli və şəffaf olub-olmadığı barədə mühakimə yürütmək mümkün deyil. Əli Kərimli seçkiləri hər dəfə boykot etdikcə, əslində siyasi həyatdan təcrid olunur. O, seçkiləri boykot etdiyi kimi, seçicilər də onu boykot edir. Beləliklə də, Əli Kərimlinin seçkilərdən kənarda qalmaq taktikası bumeranq effekti verir.

Görünür, Əli Kərimli onu da unudur ki, qanunvericiliyə görə iki dəfə seçki yarışında iştirakdan imtina edən partiyalar siyasi səhnəni tərk etməli olacaqlar. Yəni boykotçuluq Əli Kərimlinin xilası deyil, siyasi intihara aparan yoldur. Bu isə o deməkdir ki, hər iki halda Əli Kərimlinin siyasi dövrü sona çatırb. Əgər o, seçkilərə qatılsa, xalqın etimadını qazana bilməyərək müxalifət lideri kimi sıradan çıxacaq. Əks təqdirdə, boykota davam edərsə, özü də inhisara aldığı siyasi təşkilatı ilə birlikdə fəaliyyətini dayandırmağa məhkum olacaq. Necə deyərlər, yalançını mənzilinə qədər qovarlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
cebheinfo.az

1Источники