RU

Belarus XİN: Lukaşenko danışıqlara hazırdır, lakin Polşa…

Belarus Polşanı sərhəddə gərginliyi artırmaqda ittiham edib.

Busaat.az xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov deyib.

Onun sözlərinə görə, Minsk sərhəddəki vəziyyətlə bağlı dialoqa hazırdır, lakin Varşava bunda maraqlı deyil.

Rıjenkov nəzərə çatdırıb ki, bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko sərhəddəki vəziyyəti birgə müzakirə etmək üçün istənilən Polşa nümayəndə heyətini, istənilən polşalı eksperti qəbul etməyə hazır olduğunu bəyan edib.

Bildirib ki, Polşa Minski Belarus ərazisində müəyyən düşərgələr yaratmaqda ittiham edir və guya onlar qaçqınlara güc tətbiq edərək, Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhədi qanunsuz keçmək üçün təlim keçirlər.

Qeyd edib ki, Minsk sərhəd bölgəsində Varşavanın istənilən maraqlı nöqtəsinə çıxışı təmin etməyə və bunun sayəsində bu cür saxtakarlığı təkzib etməyə hazırdır. Lakin diplomatın sözlərinə görə, Polşa bu təşəbbüsdən imtina edib.

Избранный
89
4
busaat.az

10Источники