RU

İspaniya millisi milyonlar qazandı

Avro-2024-ün qalibi olan İspaniya millisi bu turnirdə maksimum gəlir əldə edib.Sportfm.az xəbər verir ki, finalda İngiltərəni məğlub edən (2:1) yığma yarışda iştirak etdiyinə görə 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki 3 qələbə İspaniyaya 3 milyon avro verib.Komanda 1/8 finaldakı qələbəyə görə 1,5 milyon avro, 1/4 finaldakı qalibiyyətə görə isə 2,5 milyon avro əldə edib. Yarımfinaldan 4 milyon avro qazanan ispanlar turnirin çempionu olduqları üçün 8 milyon avro, UEFA-nın rəsmi saytında yer alan maddəyə görə, qrup mərhələsindəki hər üç matçda qələbə qazanaraq çempion olan komanda maksimum mükafata - 28,25 milyon avroya sahib olub.Avro-2024-ün 2-cisi olan İngiltərə millisi isə 24 milyon avro qazanıb.скачать dle 10.4 UTF-8Forex для начинающих

Избранный
14
sportfm.az

1Источники