RU

Deputat olmaq istəyən 401 nəfərin sənədləri MSK-ya təqdim edilib

Yayımlandı: 15 İyul 2024 12:05 13 siyasi partiyadan 168 şəxs müraciət edib Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olmaq istəyən 401 nəfər sənədlərini MSK-ya təqdim edib. Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov iyulun 15-də jurnalistlərə bu barədə açıqlama verib. Onun sözlərinə görə, siyasi partiyalar seçkilərlə bağlı kifayət qədər fəallıq nümayiş etdirirlər: “Belə ki, 401 nəfərin arasında təqribən 168 şəxs 13 siyasi partiyanın təmsilçisidir. Bu say sürətlə artır”. Rövzət Qasımov. Foto: Azərtac-dan screenshot R.Qasımov hələlik 150-yə yaxın yerli müşahidəçinin akkreditə olunduğunu qeyd edib: “Amma bu proses o qədər də intensiv xarakter daşımır. Çünki proseslər seçkiyə az qalmış intensivləşir”. 2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
xural.com

1Источники