RU

"Qarabağ"ın qapıçısı 8 ay oynamayacaq - Ağır zədə

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib. Sportfm.az xəbər verir ki, o, məşq prosesində xəsarət alıb. Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir. Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan komandanın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.скачать dle 10.4 UTF-8Forex для начинающих

Избранный
17
sportfm.az

1Источники