Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Moderator.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.