RU

Naxçıvan klubunun baş məşqçisi:"Hər kəs anlayır ki..."

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev komandanın Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib.Sportfm.az xəbər verir ki, 44 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Ərzurumda təşkil olunan hazırlıq prosesindən razı qaldığını bildirib:“Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox çalışmalıyıq”.O, komandanın düşərgəsinə Türkiyədə qoşulan Benni və Felipe Santosla bağlı danışıb:“Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacağına inanırıq. Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Ərzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.“Araz-Naxçıvan” hazırlıq çərçivəsində iyulun 16-da “Alanyaspor”la yoxlama görüşü keçirəcək. Oyun saat 18:00-da start götürəcək. Bundan sonra daha iki matçda gücünü sınayacaq komanda iyulun 25-də Bakıya dönəcək.скачать dle 10.4 UTF-8Forex для начинающих

Избранный
26
sportfm.az

1Источники