Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.
Day.Az APA-ya istinadən bildirir ki, bu barədə iddia ilə "Johovurd" qəzeti çıxış edib.
Nəşrin əldə etdiyi məlumata görə, onu hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Qurgen Arsenyan əvəzləyəcək:
"Parlamentin iyulun 12-də keçirilən iclası Q. Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək".
Qeyd edək ki, yerli qanunvericiliyə əsasən Ermənistanda səfir postuna namizədi Prezident Baş nazirin təklifi ilə vəzifəyə təyin edir və ya geri çağırır.