RU

Yarımillik ÜDM 4 faiz çoxalıb

Cari ilin yanvar–iyun aylarında ölkədə 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyya­tın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb.

ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxa­la xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 5840,7 manata bərabər olub.

Избранный
109
19
xalqqazeti.az

10Источники