RU

Altı ay ərzində 18 min 518 cinayət qeydə alınıb

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin etibarlı təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçünəlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.

İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib.

Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 18 min 518 cinayət qeydə alınıb, onların 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluqlar 38,9, quldurluqlar 10,3, soyğunçuluqlar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2314 cinayət açılıb, 4407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5053 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.

Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
2
azertag.az

3Источники