RU

ABŞ helikopteri Sakit okeana düşüb

"Robinson R44" tipli helikopteri ABŞ-nin Havay adalarının Kausai sahillərində okeana düşüb.

"Cebhe.info" xəbər verir ki, polisdən verilən açıqlamada dünən baş verən qəzada bir nəfərin cansız cəsədinin tapıldığı, itkin düşən iki nəfərin axtarışına başlanıldığı bildirilib.

Kauainin meri Derek Kavakami mərhumun yaxınlarına başsağlığı verib hadisənin təfərrüatlarını bilmədiklərini bildirib:

"Bununla belə, ilk müdaxilələrimizlə bu təcili əməliyyatda əlimizdən gələni etdik".

Qəza ilə bağlı təhqiqata ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
cebheinfo.az

1Источники