1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyada 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Oxu.Az-ın RT-yə istinadla verdiyi məlumata görə, hadisə Nijni Novqorodda şəhərdən çıxışda baş verib.
Bildirilir ki, yük maşını piyada keçidi yaxınlığında dayanmağa hazırlaşan avtomobilləri tam sürətlə vurub keçib.
İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər yaralanıb, onlardan ikisi yeniyetmədir.
Sosial şəbəkələrdə hadisənin qorxunc görüntüləri yayılıb.