Bakı. Trend:
Bakıda qadına qarşı dələduzluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Bakı şəhər sakini olan qadın aldadılaraq 8000manat pulunun alınması və adına kreditə mobil telefon götürülməsiilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinəmüraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlinitörətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkumolunmuş N.Hacızadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.