VI çağırış Milli Məclisin deputatı Elşən Musayevin sədri olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası bu gün tələb olunan sənədləri MSK-ya təqdim edəcək.
Editor.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elşən Musayev özü deyib.
“Bəli, seçkilərdə iştirak edəcəyik və bu gün tələb olunan sənədləri MSK-ya təqdim edəcəyik. Konkret olaraq mənim və digər partiya nümayəndələrinin hansı dairədən namizəd olması haqda qərarımız isə yaxın 2-3 gün ərzində partiyanın mətbuat xidməti tərəfindən mediaya açıqlanacaq”, – Elşən Musayev bildirib.