Braziliyada iki həvəskar liqa komandası arasında keçirilən oyunda iki komandanın futbolçuları arasında mübahisə düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, iki komandanın oyunçuları sözün əsl mənasında bir-biri ilə vuruşarkən, polislər meydana enib.
Hadisələr zamanı polis əməkdaşının ov tüfəngi ilə futbolçunu ayağından vurduğu anlar kameralara düşüb.
Hələlik futbolçunun vəziyyəti ilə bağlı açıqlama verilmir.
💥 Brezilya’da amatör küme maçında polis futbolcuyu vurdu.pic.twitter.com/qBHEpNsQip
— Ajansspor (@ajansspor) July 11, 2024