İsrail bütün məqsədlərinə çatana qədər Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.
“Vaxt alsa belə, qələbəyə qədər mübarizə aparacağıq”, -deyə Netanyahu bildirib.
Ordu bazasında zabit kurslarını bitirmə mərasimində hərbçilər qarşısında çıxış edən İsrail hökumətinin başçısı vurğulayıb ki, yalnız Fələstin HƏMAS hərəkatına təzyiq girovların azad edilməsinə səbəb ola bilər.