RU

Dezinflyasiyanın başlanğıcındayıq - Türk nazir

Məzənnə ilə qorunan Müddətli Depozit Hesabında saxlanılan vəsaitin həcmi 60 milyard dollardan aşağı düşüb.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Mehmed Şimşək deyib.

O bildirib ki, bu gedişlə Müddətli Depozit Hesabının ləğvi prosesi daha da sürətlənəcək:

“Çətini geridə qaldı. Güclü proqram həyata keçiririk. Dezinflyasiya dövrünün başlanğıcındayıq. Gələn ay inflyasiya 60 faiz civarında olacaq. Biz ili 38 faiz civarında inflyasiya ilə bağlamaq istəyirik. Çətinliyi aşağı gəlirlilərə yükləməyəcəyik. Vergidə də ədaləti təmin etməyə çalışırıq”.

Избранный
127
4
axar.az

10Источники