RU

“Bu, ləyaqətli, vicdanlı davranış deyil” - Müsavatdan sərt cavab 

Müsavat Partiya haqqında son günlər bir sıra ittihamlar səsləndirilir. Bəziləri partiyaya qarşı iddialarla çıxış edərək, bildirirlər ki, təşkilat hakimiyyətlə gizlin iş birliyinə gedib. Səsləndirilən ittihamlarla bağlı partiyanın cavabı gecikməyib. 

Yenisabah.az xəbər verir ki, Müsavat Partiyasının aparıcı funksioneri Səxavət Soltanlı ittihamlarla bağlı sosial şəbəkə hesabında paylaşım edib.  Bildirib ki, əgər bir qərar elan edəndə digər qərarlara sayğı ilə yanaşmırsansa, bu peşəkarlıqdan və səmimiyyətdən uzaqdır: 

“Müsavat Partiyası seçkidə iştirak etməyənlərin (iştirak etməyənlərin bunu boykot adlandırması siyasi və hüquqi mənada savadlı görünmür) qərarlarına hörmətlə yanaşdığını bildirib. Onların da səbəblərini tutarlı hesab etməklə yanaşı seçkidə iştiraka üstünlük verdiyini göstərib. 

Siyasi etika da bunu tələb edir ki, hər bir partiya öz siyasətini özü müəyyən edir. İtirsə də, qazansa da xalq və üzvləri qarşısında məsuliyyət özünündür. “Kim düz edir, kim səhv edir”i seçici və cəmiyyət qiymətləndirəcək. Biri-birini təftiş etmək nə cəmiyyətə, nə də kimsəyə fayda verər. 

Bundan başqa, seçkiyə qatılmaqla bağlı açıq olan qərarı, şəffaf olan fəaliyyəti hansısa formada hakimiyyətlə iş birliyi, əməkdaşlıq kimi qiymətləndirmək ləyaqətli, vicdanlı davranış deyil. Tam əksinə, hansı qərar verdiyini xalqla müzakirə etmək, cəmiyyətin maraqları ilə partiya maraqlarını uzlaşdırmağa çalışmaq o qədər normal işdir ki, burada heç bir əlavə müdafiə nitqinə ehtiyac yoxdur. Sadəcə ortada şəffaf olan qərarımıza çamur atanlar məcbur edir ki, özləri haqqında da haqlı sualları eşitsinlər". 

S.Soltanlı qeyd edib ki, keçmişdə olanları qabartmağa ehtiyac yoxdur: 

“Aylardır davam edən məhkəmə prosesini latent aparmaq, bu proses haqda cəmiyyəti zamanında ümumiyyətlə məlumatlandırmamaq, məhkəmənin qərarından sonra bu haqda xəbəri paylaşmaq hansı niyyətlə edilib? 

Desəniz ki, bu bizim qərarımızdır, biz əlbəttə hörmətlə yanaşarıq. 

Bununla bərabər, özünüz kimi qərəzli olanlar çıxıb deməz ki, avtomobilinizin arxasıyca 2 km eyni maşın gələndə belə bunu özünüzə qarşı təzyiq kimi paylaşdığınız halda nədən partiyanızın həyatında ən mühim prosesi son ana qədər hakimiyyətlə hansısa razılaşmanın olacağına ümid edib ictimaiyyətdən, xalqdan gizlətmisiz?” 

Aytac ŞAHİN 


Telegram kanalımız
Избранный
79
2
yenisabah.az

8Источники