RU

FutbolNiderland yığmasının baş məşqçisi: Matç əlavə dəqiqələrə getməli idi

Matç əlavə dəqiqələrə getməli idi.

“Far.Az” xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman İngiltərəyə qarşı AVRO-2024-ün yarımfinal mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin ilk yarıda daha yaxşı çıxış etdiyini bildirib:

"İngiltərə yığması ilk hissədə yarımmüdafiədə daha yaxşı oynayırdı. Daha sonra orta xətdə daha bir futbolçu əlavə etmək məcburiyyətində qaldıq. Son 20 dəqiqədə isə üstünlük bizim tərəfimizdə idi. Lakin qolu vuran tərəf rəqib oldu. Bu futboldur, belə sonluqlar hər zaman olur. Matç əlavə dəqiqələrə getməli idi. Futbolçularımla fəxr edirəm".

Qeyd edək ki, AVRO-2024-ün yarımfinalında İngiltərəyə məğlub olan (1:2) Niderland turnirlə vidalaşıb..

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
far.az

1Источники