RU

AÇ-2024: İngiltərə millisi əzmkar qələbə finala yüksəldi

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu İngiltərə və Niderland yığmaları arasında baş tutub.

Dortmund şəhərində təşkil olunmuş qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start verilib. Finala vəsiqə yolunda həlledici olan bu qarşılaşmanı Almaniyadan olan FİFA referisi Feliks Svayer idarə edib.

Oyunda hesabı hollandlar açıblar. Xavi Simons möhtəşəm qola imza atıb. Amma az sonra ingilislər penalti qazanıblar. 11 metrlik nöqtəyə yaxınlaşan İngiltərə millisinin kapitanı Harri Keyn bu fürsətdən maksimum yararlanıb. İlk hissə elə 1:1 hesabıyla bitib. İkinci hissənin böyük hissəsi qolsuz yekunlaşıb. Hər kəs matçın qolsuz bitəcəyini gözlədiyi anda səhnəyə çıxan Olli Uotkins İngiltərə millisini həm hesabda önə, həm də finala çıxarıb.

Qeyd edək ki, yarımfinalın ötən gün keçirilmiş ilk oyununda İspaniya millisi Fransa yığması üzərində əzmkar qələbə qazanmaqla finala yüksəlmişdi.

Beləliklə, Avropa çempionatının final görüşü iyulun 14-də İngiltərə və İspaniya yığmaları arasında keçiriləcək.

AÇ-2024
Yarımfinal
10 iyul

Niderland – İngiltərə 1:2
Qollar: Xavi Simons, 7 – Harri Keyn, 18. Olli Uotkins, 90+1.
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.

Niderland: Bart Verbrüggen, Denzel Dumfris (Coşua Zirkze, 90+3), Stefan de Vrey, Vircil van Dayk (k), Natan Ake, Ticani Reynders, Yerdi Sxauten, Xavi Simons (Brayan Brobbi, 90+3), Donyell Malen (Vout Veqhorst, 46), Memfis Depay (Coui Verman, 35).
Baş məşqçi: Ronald Kuman.

İngiltərə: Cordan Pikford, Kayl Uoker, Con Stounz, Kiran Trippyer (Lyuk Şou, 46), Deklan Rays, Kobbu Maynu (Konor Qallaxer, 90+3), Cud Bellingem, Bukayo Saka (Ezri Konsa, 90+3), Fil Foden (Koul Palmer, 81), Harri Keyn (Olli Uotkins, 81).
Baş məşqçi: Qaret Sautqeyt.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
arena.az

1Источники