RU

Azərbaycan yığması Almaniyaya yollandı

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqların son mərhələsi üçün Almaniyaya yollanıb.



Komanda.az xəbər verir ki, yığmamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.



Komandamızın heyətində olimpiyaçılar – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar. Toplanış iyulun 20-dək davam edəcək.



Paris-2024 iyulun 26-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərboks

Избранный
76
8
komanda.az

10Источники