RU

Hakimlər "Neftçi"nin köhnə bazasına sığındılar

Azərbaycan çempionatında növbəti mövsümün startına təxminən üç həftə vaxt qalır. Klubların hazırlıqlarının qızğın çağıdır. Amma eyni fəallığı hakimlər haqqında demək olmur. Əksinə, müvafiq komitədə susqunluqdur. Barış Şimşəyin göndərilməsindən sonra, Hakimlər Komitəsinin sədri postu da vakantdır.
Ədalət təmsilçilərinin yeni mövsümə hazırlıqları ilə bağlı suala AFFA-nın mətbuat sözçüsü Elnur Məmmədli vasitəsilə aydınlıq gətirməyə çalışdıq.

Qurum rəsmisinin Fanat.Az-a açıqlaması belə oldu:   

"Premyer Liqa hakimləri və köməkçiləri iyulun 8-dən köhnə "Neftçi"nin bazasında fiziki hazırlıq (fitnes) məşqlərinə başlayıblar. Yaxın günlərdə isə onların təbii ot örtüklü meydançada məşqlər etməsi nəzərdə tutulub. Məşqləri Namiq Quliyev (Hakimlər Komitəsinin fitnes üzrə məşqçisi) və Rüstəm Rüstəmli (Fetnes üzrə köməkçi məşqçi) keçir. Hazırlığı həftədə 4 dəfə olmaqla keçirlər. İyulun sonlarında nəzəri biliklər üzrə - seminar başlayacaq. Yayda adətən onsuz da ölkə xaricində toplanış olmurdu. Qış fasiləsində olurdu. İndi xaricə yox, ölkə daxilində yəqin ki, toplanış olacaq. O ki qaldı komitəyə sədr postuna təyinata, buna İcraiyyə Komitəsi qərar verəcək".

Mirağa  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
fanat.az

1Источники