RU

Belçikada "narıncı" xəbərdarlıq elan edildi

Belçikada güclü yağış və fırtına ilə əlaqədar "narıncı xəbərdarlıq" elan edilib.

E-huquq.az “Belqa” xəbər agentliyinə istinadən xəbər verir ki, paytaxt Brüsseldə güclü yağış və tufanlar hökm sürür.

Belçika Kral Meteorologiya İnstitutu (RMI) Haynaut, Namur, Liege, Vallon Brabant, Flaman Brabant, Limburq və Antverpen və Brüsseldə əhaliyə xəbərdarlıq elan edib.

Brüsseldə su basan tunellər nəqliyyatın hərəkətinə bağlanıb.

Leysan yağışlar dəmir yolu nəqliyyatının hərəkətinə də mənfi təsir göstərib.

Qeyd edək ki, bir müddətdir Belçikada mövsümi normalardan artıq yağıntı qeydə alınır.

İyun ayı normadan artıq yağıntının qeydə alındığı ardıcıl 9-cu aydır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
24
e-huquq.az

10Источники