RU

Digər ölkələrYəmən sahillərində gəmiyə növbəti hücum cəhdi olub

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmənin Moha (Mokka) limanı yaxınlığında gəmiyə hücum edildiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“UKMTO Yəmənin Moha şəhərindən 40 dəniz mili (təxminən 74 km) cənubda insident barədə məlumat alıb”, - paylaşımda qeyd edilib.

Bildirilib ki, hadisə hücum kimi təsnif edilir və səlahiyyətlilər araşdırma aparır.

Избранный
100
2
far.az

3Источники