RU

Vaşintonda NATO sammiti öz işinə başlayıb

NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb.

525.az "Report"-a istinadən xəbər verir ki, 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən sammitin əsas mövzu Rusiya-Ukrayna müharibəsidir. Sammitin açılışını ABŞ dövlət katibi Antoni Blinken edib. Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlardan sonra Ukraynaya əhəmiyyətli dəstək paketini açıqlayacaqlar.

Ev sahibi ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin sağlamlıq vəziyyəti ilə əlaqədar onun sammitdə iştirak edəcəyi sual altındadır.

Qeyd edək ki, NATO sonuncu dəfə 2012-ci ildə 50 illik yubileyini qeyd edərkən ABŞ-də sammit keçirib.























Bizi Facebookda izləyin

Избранный
128
12
525.az

10Источники