RU

Bakının 5 rayonunun bəzi hissələrində qaz təchizatı dayandırılıb

Bu gün Bakının 5 rayonunun qaz təchizatında fasilə yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Yasamal, Binəqədi, Səbail, Xətai və Xəzər rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

 

Təmir-quraşdırma işləri başa çatanadək Yasamal rayonunun (Parlament prospekti, M.Müşviq, N.Nərimanov, Ə,Ələkbərov, A.Sultanova, İ.Qutqaşınlı, H.Cavid, A.Ağayev, S.Dağlı, G.Əsgərov, M.Rahim, Ə.Xanbabayev, K.Kazımzadə küçələri), Binəqədi rayonunun (N.Nərimanov, S.S.Axundov, Ş.Məmmədova, Ə.Rəcəbli, 3126-cı məhəllə, "Union Park" yaşayış kompleksi), Səbail rayonunun (Badamdar qəsəbəsi, 60-cı küçə və İçərişəhər), Xətai rayonunun (M.Hadi, X.Məmmədov, R.Məmmədov küçələri və Əhmədli kəndi) və Xəzər rayonunun (Türkan Üzümçülük və Bağlar yaşayış massivləri) bir hissəsində qaz olmayacaq.

Избранный
132
49
senzor.az

10Источники