RU

Rusiyada "Telegram" 3 milyon rubl cərimələndi

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin (Roskomnadzor) Telegram-a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

News24.az xəbər verir ki, məhkəmə Rusiyada hökumət əleyhinə məzmuna Telegram vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl cərimələyib.

Bundan əvvəl ölkədə oxşar pozuntulara görə Telegram-da müxtəlif cərimələr tətbiq edilib.

Qeyd edək ki, X, Facebook və Instagram kimi platformalara çıxışın olmadığı Rusiyada Telegram ölkədə ən populyar sosial media və mesajlaşma proqramları sırasındadır.

Günel Məlikzadə

Избранный
122
4
news24.az

4Источники