RU

DƏHŞƏT: Kişi doqquz yaşlı oğlunu diri-diri yandırmaq istədi

DƏHŞƏT: Kişi doqquz yaşlı oğlunu diri-diri yandırmaq istədi

Rusiyanın Kursk şəhərində doqquz yaşlı oğlunu diri-diri yandırmağa cəhd edən şəxs həbs edilib.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, doqquz yaşlı uşaq ehtiyatsızlıqdan bir yaşlı bacısına xəsarət yetirib. Bunu bilən 38 yaşlı sərxoş ata doqquz yaşlı oğlunun bədəninin müxtəlif hissələrinə spirt tərkibli maye tökərək yandırıb.

Kişi azyaşlı uşağı öldürməyə cəhddə və cinayəti ümumi təhlükəli şəkildə törətməkdə ittiham olunur.

Qeyd olunur ki, həkimlər uşağı xilas edə biliblər.

Təcavüzkar atanın əvvəllər məhkumluğu olub və onun himayəsində beş övladı var. (Oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
sonxeber.az

1Источники