Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də elm və təhsil Emin Əmrullayev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.