RU

Oliqarxlar Rusiya və Çini TƏRK EDİR - SƏBƏB

"Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Kreml oliqarxları nəzarətdə saxlamağa çalışır".

Olaylar.az bildirir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, artıq varlı insanlar bizneslərinə təhlükə yaratmayan, imkanlarını daha da artıran ölkələri seçirlər:

"Kremlə yaxın oliqarxlar istisnadır. Rusiyalı oliqarx Roman Abramoviç bir ara Londonda məskunlaşmışdı, biznesini İngiltərə paytaxtından idarə edirdi, məşhur "Çelsi" futbol klubunun rəhbəri idi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ingilislər ondan seçim etməyi tələb etdilər - o, ya Rusiyanın Ukraynaya qarşı işğalını pisləyərək Böyük Britaniyada yaşamağa və işləməyə davam etməli, ya da dostu, Rusiya Prezidenti Vladimir Putinin siyasətinə səssiz qalmaqla, Böyük Britaniya ərazisini tərk etməli idi. Roman Abramoviç ikincini seçdi, klubunu satdı, məkanını dəyişdi. Ancaq o Rusiyaya qayıtmadı, başqa xarici ölkələrdən birini seçdi".

Bildirilib ki, Çini tərk edən varlı biznesmenlərin də sayı artıb:

"Son hesabata görə, 2024-cü ildə rekord sayda milyonerin Çini tərk edəcəyi gözlənilir. Bu da Asiyanın böyük iqtisadiyyatına təsir edə bilər. Çin bu il ərzində minlərlə milyonçunu itirmək üzrədir. "Henley Private Wealth Migration Report 2024" adlı hesabata görə, daha yaxşı həyat axtaran varlı çinlilər üçün ənənəvi əsas istiqamətlər ABŞ, Kanada və Sinqapurdur. Ancaq son illərdə artan sayda varlı çinlilər Yaponiyanı da nəzərdən keçirirlər. Köçün səbəblərindən biri Çində daşınmaz əmlak bazarının üzləşdiyi böhrandır".

Son olaraq qeyd olunub ki, bu il dünyada 128 minə yaxın milyonerin köçməsi gözlənilir: "2023-cü ildə bu rəqəm 120 min nəfər idi. Milyonçuları cəlb edən əsas ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkə ABŞ-dən təxminən iki dəfə çox milyonçunu cəlb etməyi bacarıb". (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
56
9
olaylar.az

10Источники