RU

Növbədənkənar parlament seçkiləri: Hansı dəyişikliklər olacaq? – Partiya sədri AÇIQLADI

“Dəyişiklik o zaman ola bilər ki, cəmiyyətdə nüfuz qazanmış partiyalar, şəxslər parlamentdə təmsil olunsun”.

Bu fikri Yenicag.az-a açıqlamasında növbədənkənar parlament seçkiləri, YAP-ın dəyişikliklərə gedəcəyi və müxalif düşərgənin şanslarını dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, cəmiyyətdə seçki ilə bağlı ab-hava yoxdur.

“Hakimiyyət komandasında kimlərinsə gedəcəyi, kimlərinsə qalacağı dəyişiklik deyil. Bir komandanın içərisindən fərdlərin dəyişməsi komandanın dəyişməsi demək deyil. Fransada seçkilər keçirilir, solçular qalib gəlib. Orada hər hansısa addan söhbət getmir. İdeoloji xətdən gedir söhbət. Olmasın Hüseynbala Mirələmov, Siyavuş Novruzov, olsun hansısa bir adam. Bu, dəyişiklik deyil. Dəyişiklik o olar ki, parlamentin tərkibində siyasi konfiqurasiya dəyişir”, – deyə o əlavə edib.

Partiya sədrinin sözlərinə görə, dəyişiklik o zaman ola bilər ki, cəmiyyətdə nüfuz qazanmış partiyalar, şəxslər parlamentdə təmsil olunsun:

“Xalqın nöqteyi-nəzərindən olsa, bir çox dəyişikliklər ola bilər. Bütün kriteriyalara görə AĞ Partiyanı parlamentdə görürəm, olmalıdır, arzu edirəm. Bunun necə olacağını bilmirəm. Normal demokartik seçki olsa, AĞ Partiya parlamentdə müəyyən güclə təmsil oluna bilər.

Cəmiyyətimizdə insanların çoxunun heç seçkidən xəbəri yoxdur. Partiyalar haqqında anlayışları yoxdur. Bütün bunlara nisbətdə əgər cəmiyyətdə 3-5 partiya nisbətən tanınırsa, onlardan biri AĞ Partiyadır. Biz var gücümüzlə seçkilərdə iştirak edəcəyik”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
yenicag.az

1Источники