RU

İlham Əliyev ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev iyulun 8-də Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsi haqqında 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Fondun büdcə gəlirləri üzrə proqnoz 2 036 milyon manat və yaxud 16,9% artırılaraq 14 109,2 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 904,9 milyon manata çatdırılıb.

Gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 051,4 milyon manat və yaxud 25,2% artırılaraq 8 146,2 milyon manatdan 10 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1% artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.

Xərclərdəkı artım isə “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilən xərclər üzrə proqnozun 4,7 milyon manat və yaxud 14,1% artırılaraq 33,5 milyon manatdan 38,2 milyon manata çatdırılması hesabına olacaq.

Избранный
76
28
turan.az

10Источники