RU

Qalibaf Pezeşkianın ofisinə getdi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin yeni Prezidenti Məsud Pezeşkianla görüşüb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. 

Bildirilib ki, görüş dünən axşam saatlarında baş tutub. Qalibaf Pezeşkianın ofisinə gedərək onu 14-cü prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Həmçinin, görüşdə parlamentin yeni hökuməti dəstəklədiyi, ölkənin tərəqqisi və insanların rifahı üçün səmərəli araşdırma aparılmasının zəruriliyi vurğulanıb. Qeyd edək ki, parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranda prezident seçkilərinin birinci turunda Məsud Pezeşkianın rəqibi olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
cebheinfo.az

1Источники