RU

Jan-Luk Melanşon: Makron məğlubiyyətini etiraf etməlidir

Jan-Luk

Bakı, 8 iyul, AZƏRTAC

Fransada keçirilən parlament seçkilərində Jan-Lük Melenşonun solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası qalib gələrək Milli Assambleyada 174 mandat qazanıb.

AZƏRTAC xəbər verir ki, “Parisien” qəzeti bu barədə Fransa Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Seçkilərin nəticələrinə görə, ikinci yeri tutan Emmanuel Makronun “Birlikdə” koalisiyası parlamentinin aşağı palatasında 156 yerə, üçüncü yeri tutan Marin Le Penin “Milli birlik” partiyası isə 143 yerə sahib olub.

Sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Fransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək, ölkənin hazırkı Baş naziri Qabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yeni kabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb.

Emmanuel Makronun koalisiyası ilə ittifaqı istisna edən siyasətçinin sözlərinə görə, solçular yeni hökumətdə öz siyasi proqramlarını həyata keçirməyə hazırdır.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
4
azertag.az

5Источники