RU

NATO Çini ittiham etdi - "Ukraynadakı savaşın baş təşkilatçısıdır"

"Ukrayna ərazisindəki müharibə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduqlarını nümayiş etdirir"

"Bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər"

Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Çini "Rusiyanın Ukraynaya qarşı təcavüzünün baş təşkilatçısı" adlandırıb.

Stoltenberq deyib: "Ukrayna ərazisindəki müharibə Rusiya, Çin, Şimali Koreya və İranın nə qədər sıx bağlı olduqlarını nümayiş etdirir".

Stoltenberq "CBS News" kanalına müsahibəsində deyib: "ÇXR sədri Si ilə Prezident Putin, onların hamısı istəyirlər ki, NATO, ABŞ Ukraynada uğursuzluğa düçar olsun. Əgər Putin Ukraynada qələbə çalarsa, bu, təkcə Pezident Putinə yox, həm də Cinpinə cəsarət verər. Yaponiyanın Baş nazirinin dediyi kimi, bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər".

Stoltenberq əlavə edib ki, NATO alyansı ABŞ-a həm də Çin ilə problemləri həll etmək üçün lazımdır. Alyansı bu məsələni nizamlaya bilər. Çünki NATO-ya 30-dan artıq müttəfiq daxildir. Onların hamısının birlikdə ÜDM-i ümumdünya ÜDM-in 50 faizini keçir.

Hürr Tərcüman

 

Избранный
128
50
hurriyyet.az

10Источники